Physik

die; - fizik(a)
Phraseologie
physikalisch
OBASTAN VİKİ
Annalen der Physik
"Annalen der Physik" ("Fizika annalları") — fizika problemlərinə həsr olunmuş Almaniya elmi jurnalı. 1799-cu ildən nəşr olunan jurnal ən qədim elmi jurnallardan biridir. Eksperimental, nəzəri, tətbiqi və riyazi fizika, eləcə də əlaqəli sahələr üzrə orijinal məqalələr dərc edir. Bütün məqalələr əvvəlcədən nəzərdən keçirilir. XIX əsrin sonundan etibarən jurnalın hər il təxminən 1,000 səhifə olmaqla üç nömrəsi çıxırdı. Hal-hazırda ildə 12 kitab çap olunur, ümumilikdə 800 səhifəyə yaxındır. == Tarixi == Almaniyada ilk fizika jurnalları 1790–1794-cü illərdə nəşr olunan "Journal der Physik və Neues Journal der Physik" (1795–1797) idi. 1799-cu ildə onları əvəz edən "Annalen der Physik"in fəaliyyəti daha uğurlu olmuş, 2 əsrdən çox nəşr edilmişdir. Tarixində adını iki dəfə dəyişmiş: "Annalen der Physik und der physikalischen Chemie" (1819–1824), "Annalen der Physik und Chemie" (1824–1899), lakin 1899-cu ildə orijinal adına qayıtmışdır. Jurnal XIX–XX əsrlərdə Almaniya fizikasının sürətli inkişafına fəal töhfə vermişdir.