pirofillit

pirofillit
piroferal
pirofit
OBASTAN VİKİ
Pirofillit
Pirofillit Al2 (OH)2 [Si2O5]2 — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Xromlu pirofillit (3%-dək Cr2O3); aqalmatolit – sıx gizlipulcuqlu kütlələr. Rəng – ağ, sarımtıl-ağ, gümüşü-ağ, boz, yaşılımtıl, qəhvəyi, alma kimi yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – tutqun, yağlı, lövhəvari aqreqatlarda – sədəfi; Şəffaflıq – yarımşəffafdan qeyri-şəffafadək; Sıxlıq – 2,6-2,9; Sərtlik – 1-1,5; Ovulur; vərəqləri əyilgəndir, lakin elastik deyil. Sıx kütlələri görünüşcə və əl ilə yoxladıqda yağlıdır; Ayrılma – {001} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamardan qabıqlıyadək; Morfologiya – kristallar: nadir hallarda rast gəlir: prizmatik; Mineral aqreqatları: nazikvərəqli, lövhəvari - şüalı, xırdapulcuqlu, dərzşəkilli, sıx. Hidrotermal pirofillit adətən damarətrafı dəyişilmələrin məhsulu kimi alüminium oksidi ilə zənginləşmiş süxurlarda müşahidə edilir. Alüminium oksidi ilə zəngin olan süxurlar metamorfik pirofillit üçün də əlverişlidir. Mineral hidrotermal damarlarda, kristallik şistlərdə, törəmə kvarsitlərdə qeyd edilmişdir. Birlikdə rast gəldiyi minerallar: kvars, mika, kassiterit, topaz və b. Mineralın tapıldığı yerlər: Çinin bir sıra rayonları; Maqadan vilayəti, Çistoqorov (Rusiya); Ovruç yatağı (Ukrayna); Şimali Karolina (ABŞ) və b.