pirolüzit

pirolüzit
piroliz
pirometallurgiya
OBASTAN VİKİ
Pirolüzit
Pirolüzit — tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Polianit – mineralın aydınkristallik növ müxtəlifliyi. Rəng – çox vaxt göyümtül çalarlı poladı-bozdan qarayadək, polianitin–dəmiri-boz; Mineralın cizgisinin rəngi – qara, tutqun; Parıltı – yarımmetal parıltısından metal parıltısınadək, donuq; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,7-5,2; Sərtlik – mineralın aqreqat halından asılıdır: kristallarda – 6-6,5; aqreqatlarda 2-dək azalır; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; Bölünmə – qeyri-hamar, tikanlı; Başqa xassələr – yarımkeçiricilik xassələrli ilə səciyyələnir; Morfologiya – kristallar: vertikal cizgili, sütunvari, iynəvari; İkiləşmə: nadirdir; Mineral aqreqatları: dənəvər, gizlikristallik, torpaq- və hisvari (duda), qarışıq lifli kütlələr; böyrək - və salxımvari əmələgəlmələr – «qara şüşə kəllə», radial-şüalı oolitlər, konkresiyalar, təbəqəvari dendritlər, qabıq və qaysaqlar, jelvaklar, həmçinin druzalar və fırçalar (polianit), manqanit, rodoxrozit, dolomit və b. üzrə psevdomorfozalar. Pirolüzit əsasən ekzogen mənşəlidir. Onun ən böyük yataqları hövzələrin sahilyanı zonalarında yerləşən çökmə-dəniz əmələgəlmələri ilə təmsil olunmuşdur. Pirolüzit manqanla zənginləşmiş süxurların aşınma qabığının və manqan filizi yataqlarının oksidləşmə zonalarının xarakterik mineralıdır (manqan papağı). Sualtı püskürmələrlə onun eksqalyasion - çökmə əmələgəlmələri əlaqədardır. Bəzən hidrotermal yolla əmələ gəlir.