Xristofor Pisserides
Xristofor Pisserides (yun. Χριστόφορος Αντωνίου Πισσαρίδης; ing. Christopher Antoniou Pissarides; 20 fevral 1948, Nikosiya, Nikosiya rayonu[d]) — Kiprli iqtisadçı. Əməyin iqtisadiyyatı, makroiqtisadiyyat, iqtisadi artım və iqtisadi siyasət mövzularında tədqiqatlar aparmışdır. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Piter Daymond və Deyl Martinsenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Xristofor Pisserides 20 fevral 1948-ci ildə Kiprdə anadan olub. O, Böyük Britaniyanın Essex Universitetində 1970-ci ildə bakalavr, 1971-ci ildə isə magistr dərəcəsinə yüksəlmişdir. Xristofor Pisserides 1973-cü ildə elmi rəhbəri olan Miçio Morişimanın nəzarətində doktorluq dərəcəsinə yüksəlmişdir. Hal-hazırda London İqtisadiyyat məktəbində işləyir.
2005 — İZA Əməyin İqtisadiyyatı mükafatı (ing.