pitekantrop

pitekantrop
pitçinq
piti
OBASTAN VİKİ
Pitekantrop
Pitekantrop — XIX əsrin sonlarında Yava adasında, Trinil yaxınlığında avstrolopitekə nisbətən daha mükəmməl və insana daha artıq bənzəyən meymunların qalıqları tapılmışdır. Tədqiqatçılar onların Kaynazoy erasının dördüncü dövründə yaşadıqlarını aşkar etmişdir. Bu cür meymunların ilk nümunəsi hollandiyalı həkim Dübua tərəfindən 1891–1892-ci illərdə kəşf edilmiş və Pitekantrop (meymun- insan) adlandırılmışdır. 1936-cı ildə Yava adasındakı Modcokerto şəhəri yanında daha bir pitekantrop uşağın kəllə sümüyü tapılmışdır. Bu vaxtadək yeddi pitekantropun sümüyü tapılmışdır. Adından göründüyü kimi, pitekantrop-avstralopitek adlanan və inkişaf etmiş meymunlarla neandertal insan arasındakı keçid formasının bir nümunəsidir. Bunu pitekantropun tapılmış qalıqlarında həm meymunlara və həm də insana xas olan əlamətlərin olması da sübut edir. Məsələn; onun kəllə sümüyünün zahiri görünüşü, gözüstü alın sümüyünün qabağa çıxması, alının kiçikliyi, bəzi dişlərin quruluşu və s. meymunlar üçün xarakterikdir. Pitekantrop təxminən 700–27 min il bundan əvvəl yaşamışdır.
Pitekantroplar

Значение слова в других словарях