Pişikkimilər
Pişikkimilər (lat. Feliformia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan yarımdəstəsi.
Pişikkimilər yarımdəstəsinə aşağıdakı fəsilələr aiddir:
Pişiklər (Felidae)
Viveralar (Viverridae)
Kaftarlar (Hyanidae)
Manqustlar (Herpestidae)
Nandiniidae
Madaqaskar yırtıcıları (Eupleridae)
Madaqaskar yırtıcıları (Eupleridae) Viveralar və Manqustlar fəsiləsindən genetik analizlərin nəticəsi olaraq ayrılıb.
Nimravidae və Barbourofelidae fəsiləsinin nəsli kəsilib.