pnevmatoliz

pnevmatoliz
pnevmatodlar
pnevmator
OBASTAN VİKİ
Pnevmatoliz
Pnevmatoliz - qaz fazasının (maqmadan ayrılan qazlar) iştirakı, yaxud təsiri nəticəsində mineral əmələgəlmə prosesi. Minerallar həm bilavasitə qazdan (sublimasiya), həm də qazların əvvəlki minerallara təsiri nəticəsində (pnevmatik metasomatoz) yarana bilər. Pnevmatoliz nəticəsində maqmadan bir çox metal və metaloidlər çıxarılır, onların konsentrasiyası yataqların əmələ gəlməsinə səbəb olur. Pnevmatoliz yüksək temperatur və maqmatik emonasiyaların birgə təsirilə süxurların dəyişilməsinə (pnevmatolitik metamorfizm) səbəb olur. Pnevmatoliz, adətən, hidrotermal proseslərlə müşayiət olunur. Maqma Qazlar Mineraləmələgətirici proseslər Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.