Poladlı (Ağdam)
Poladlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
1993-cü ildə kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci ildə kənd Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
== Toponomiyası ==
Yaşayış məntəqəsi Ağdam rayonunda, Qasımlı inzibati-ərazi vahidində, Qarqar çayının sahilində yerləşir. "Oykonim şahsevənlərin şıxlı, əbubəyli, quzanlı, yurdçu, dursunxocalı, təklə və yekəli tirələrindən ibarət olmuş poladlı qolunun adı ilə bağlıdır. XIX əsrin əvvəllərində poladlılar 800 alaçıqdan ibarət olmuşlar". Türkəsilli şahsevənlərin poladlı qolunun adı çox güman ki, Polad şəxs adı ilə bağlıdır. Poladlı "Poladın nəslindən olanlar" anlamını verir. Polad farsca "boz rəngli bərk metal" deməkdir.
== Xarici keçidlər ==
"Ağdam rayonu".