POLİGENETİK SƏTHLƏR
/yun. polys-çoxlu və genetos-yaranmış, əmələ gəlmiş/
ayrı-ayrı hissələri müxtəlif, ancaq bir-birilə əlaqədar olan proseslərlə /denudasiya və akkumulyasiya/ əmələ gəlmiş, morfoloji cəhətdən vahid səthlər. Onlar adətən dəniz səviyyəsinə yaxında yerləşib, sahilyanı qurunu və şelfi əhatə edir. Məfhum Y. A. Meşeryakov /1954/
tərəfindən təklif edilmişdir.
полигенетические поверхности
polygenetic surfaces