polyaklar

polyaklar
polyakca
polyan
OBASTAN VİKİ
Polyaklar
Polyaklar və ya polşalılar (pol. Polacy; tək: Polak) — Avropada, əsasən Polşada yaşayan, polyak / polşa dilində danışan xalq. Polyak dilində şəxs üçün: " Polak" (kişi) və " Polka" (qadın).
Serb Respublikasında polyaklar
Serb Respublikasında polyaklar (pol. Polacy w Republice Serbskiej, serb. Пољаци у Републици Српској) — Serb Respublikasında yaşayan və işləyən polyak əsilli əhali. Polyaklar Serb Respublikasının 12 milli azlığından biri hesab edilir və onların hüquqları Serb Respublikası milli azlıqlar soveti məşğul olur. 2013-cü il siyahıya alınmasına görə Serb Respublikasında 186 polyak yaşayır. Polyaklar Serb Respublikası ərazisinə Avstriya-Macarıstan dönəmindən yaşayırlar. Onlar əsasən Qalisiyadan olan kəndlilərdən ibarət idi. Polyaklar Derventa, Prnyavor, Qradişka, Banya Luka, Novi-Qrad və Priedor şəhərləri ətraflarında məskunlaşmışdırlar. 1910-cu il məlumatına Bosniya və Herseqovinada 10975 polyak yaşayırdı. Onlar 12 kəndli koloniyasında cəmləşmişdilər.
Azərbaycan polyakları
Azərbaycan polyakları (pol. Polacy w Azerbejdżanie) — Azərbaycanda yaşayan polyak icmasına verilən ümumi ad. Azərbaycana polyakların gəlməsi XVII əsrin əvvələrindən başlayır. XIX əsrin ortalarında polyakların ikinci dalğası Bakı və Gəncə kimi şəhərlərdə məskunlaşırlar. 1897-ci ildə Azərbaycanda 2 minə yaxın polyak müxtəlif sahələrdə fəaliyyət göstərirdi. Sovet hakimiyyətinin qurulmasından sonra bəzi polyaklar vətənlərinə qayıtsa da, bir çoxları Azərbaycanda qalmışdır. Hal-hazırda Azərbaycanda 200 civarında polyak yaşayır. == Tarixi == Azərbaycanla Polşa arasında münasibətlər Ağqoyunlu dövlətinin hakim olduğu dövrdə yaranmışdır. XVI əsrin sonların yaxın Ağqoyunlu dövləti ilə Reç Pospolita dövləti arasında bəzi məktublaşmalar aparılırdı. Polyakların ilk qrupunun Azərbaycana gəlmələri I Şah Abbas Səfəvinin dövrünə təsadüf edir.