portfolio
portik-eyvan
OBASTAN VİKİ
Portik
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Qloriya portiki
Qloriya portiki (qalis. Pórtico da Gloria) — Qalisiyada yerləşən Santiaqo de Kompostela kafedralının girişində heykəllərlə bəzədilmiş tarixi portik. Portik roman memarlığı üslubundadır. Roman üslubundakı heykəllər ən möhtəşəm əsərlərdən biridir. 3 kəmərdən ibarətdir. Orta sevinci təmsil edir və üzərində İsanın dirilişindən bəhs edən heykəl vardır. Sol tərəf yəhudiləri, sağ tərəf son qərarı təmsil edir. 1168-ci ildə Qalisiya və Leon kralı II Fernando Santiaqo de Kompostela kafedralının girişində portik tikilməsi haqqında göstəriş vermişdir. Portik daş ustası Mateo tərəfindən emalatxanasında roman memarlığı üslubunda hazırlanmışdır. Tikilməsi 1188-ci ildə başa çatmışdır.

Значение слова в других словарях