PORTMAN

сущ. разг. портмоне (небольшой кошелёк для денег)
PORTLANDSEMENT
PORTMANAT
OBASTAN VİKİ
Anton Portman
Anton Portman (ing. Anton Portman) – Niderland əsilli ABŞ siyasətçisi. Edo dövrünün sonlarında və Meyci dövrünün əvvəllərində Yaponiyada fəaliyyət göstərmişdir. Niderlandda doğulmuşdur. Yaponiyaya ilk dəfə 1853-cü ildə Metyü Perri ilə birlikdə holland tacir kimi gəlmiş və 1854-cü ildə Kanaqava müqaviləsinin imzalanmasında iştirak etmişdir. 1861-ci ildə ABŞ nümayəndəliyinin katibi kimi Yaponiyaya qayıtmış, 1865-66-cı illərdə ABŞ hökumətinin Yaponiyadakı müvəqqəti işlər vəkili kimi xidmət göstərmişdir. 1866-cı ildə katib vəzifəsinə qayıtmışdır. Yaponiyada ikən Tokuqava şoqunluğunu dəstəkləmişdir. Şoqunluğun rəsmisi olan Oqasavara Naqamiçi ilə 1868-ci ilin yanvarında Edo ilə Yokohama arasında dəmiryolunun tikintisi ilə bağlı razılığa gəlmişdir. 1869-cu ildə Portman və ABŞ naziri Çarlz Lonq Meyci hökumətindən bu razılığı tanımağı tələb etmişdirlər.
Natali Portman
Natali Portman (ivr. ‏נטלי פורטמן‏‎; 9 iyun 1981[…], Qüds) israilli və amerikalı aktrisa. 1994-cü ildə "Leon" filmində ilk rolunu alıb, lakin ona dünya şöhrətini Star Wars prequel trilogy filmində oynadığı Padme Amidala obrazı gətirib. == Həyatı == Məşhur Amerika aktrisası Natali Portman 1981-ci il iyun ayının 9-da Qüdsdə, Avner Herşlaq və Şelli Stivensin ailəsində anadan olub. Atası ixtisasca endokrinoloqdur, hazırda qızına agentlik edən anası isə evdar qadın idi. Aktrisanın ana tərəfi Rusiya və Avstriyadan, ata tərəfi isə Rumıniya və Polşadan gəlmiş yəhudilərdir. Səhnə ləqəbi olan "Portman" Natalinin ana nənəsinin qızlıq soyadıdır. Aktrisanın 3 yaşı olanda ailəsi İsraildən Amerikaya köçüb. Əvvəlcə Vaşinqtonda yaşayan ailə 1988-ci ildə Konnektikuta yerləşir, 1999-cu ildə isə Nyu-York ştatının Lonq-Aylend şəhərində məskunlaşır. Ona doğma olan ivrit və ingilis dillərindən başqa, fransız, alman, yapon və ərəb dillərini öyrənir.
Portman Road
Portman Road İngiltərənin İpsviç şəhərində yerləşən bir futbol stadionudur. 1884-cü ildən bəri İpsviç Tovn futbol komandası matçlarını burada oynayır. Stadion ayrıca gənc milli komanda və A milli komanda matçlarına da ev sahibliyi etmişdir. Bu stadionda bəzi atletizm müsabiqələri və beynəlxalq hokkey matçları da oynanmışdır. Bundan əlavə Elton Con, Tina Törner, Red Hot Çili Peppers və REM kimi musiqiçilərin sayılı konsertlərinə də ev sahibliyi etmişdir. 2000-ci ildə stadionun tutumu 22,600-dən 30,311 'ə yüksəldilmişdir. 1975-ci ildə sahə kənarında ayaqda dayanmağa icazə verilərkən Lids Yunayted 'ə qarşı keçirilən FA Cup oyununda 38,010 nəfərlik tamaşaçı rekordu qırılmışdır. Dörd bölmədə yerlər tamamilə kreslolu hala gətirilmişdir.
Portmanto
Mürəkkəb sözlər və mürəkkəb ifadələr iki qardaş və mürəkkəb quruluşlu və ya daha çox sözü birləşdirərək dildə yeni bir mənanı ifadə etmək üçün əmələ gətirilən sözlərə deyilir (Kontaminasiya). Bu ifadələri məsələn, qızılgül, kitabxana, quldurbaşı, novruzgülü və s. təşkil edən sözlər səs düşməsi, səs törəməsi, söz növünün dəyişməsi və ya məna dəyişikliyi baxımından aralarına şəkilçi girməyəcək qədər formalaşırlar. Qeyri-müəyyən ismi söz birləşmələrindən, sifət birləşmələrindən, mürəkkəb feillərdən, reduplikasiyalardan, stereotipli flektiv feillərdən ibarət ifadələr yeni mənalar ifadə etdiyi zaman mürəkkəb sözlərə çevrilirlər. Söz yaradıcılığının mühüm vasitələrindən biri də bir neçə sözün birləşərək yeni mənalı mürəkkəb sözlər əmələ gətirməsidir. Mürəkkəb sözlər aşağıdakı müxtəlif yollarla əmələ gəlir: 1) İki müxtəlif mənalı sözün birləşməsi ilə. Məsələn: günəbaxan, dəvəquşu, yeraltı, əmioğlu, meşəbəyi, bağayarpağı, istiot və s. İki müxtəlif mənalı sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bitişik yazılır, lakin mürəkkəb saylar və mürəkkəb feillər ayrı yazılır. Məsələn, on iki, yüz iyirmi dörd, kömək etmək, şad olmaq, niyyət eləmək, namaz qılmaq, dua etmək və s. -Təbii ki, ayrı yazılan mürəkkəb sözlər 2 yerə ayrılır: -1.Müstəqil olanlar Məsələn:Mən müəllim oldum -2.Müstəqil olmayanlar Məsələn:Dua etmək Burda müstəqil olanlar indiki zamanı və həmçinin mövcud olan hadisəni Müstəqil olmayanlar isə hadisə hansı zamana aid olduğu bilinmir və tək bir suala cavab verir.