prazeodim 2021

prazeodim
prays-list
prazeodium
OBASTAN VİKİ
Prazeodim
Prazeodim (lat. Praseodymium), Pr – kimyəvi element; elementlərin dövri sisteminin III qrupundandır, lantanoidlərə mənsub nadir metaldır (Yer qabığında miqdarı 7x104%-dir), at.n. 59, atom kütləsi 140,9077-dir. Təbii prazeodim stabil 141Pr izotopundan ibarətdir. Kütlə ədədləri 134–140 və 142–148 olan 14 süni izotopu alınmışdır. Təzə cilalanmış prazeodim gümüşü-ağ rəngdədir. Havada asanlıqla oksidləşdiyindən rəngi saralır. 1841-ci ildə K. Mosander "lantan torpağını" iki yeni "torpağa" (oksidlər nəzərdə tutulur) ayırdı. Onlardan biri lantanın oksidi idi, digəri isə ona çox oxşar idi və "didimiya" adını aldı, yunan sözü didimos – "ekiz". 1882-ci ildə Avstriya kimyaçısı Karl Auer fon Velsbax (1858–1919) didimiyanı da komponentlərə ayıra bildi.