Lacrimas Profundere
Lacrimas Profundere — Alman qotik metal qrupu, mənası (latın dilində "göz yaşı axıtmaq")
== Haqqında ==
"Lacrimas Profundere" qrupu Oliver Schmid və qardaşı Christopher Schmid tərəfindən 1993-cü ilin əvvəllərində quruldu. Lacrimas o illərdə doom metalı qotik elementlərlə birləşdirən nadir qruplardan idi. Daha sonra 1995-ci ildə (skripka və vokal)-a Anja Hötzendorfer qrupa qatıldı. Anja-nın klassik musiqi keçmişi olması qrupun musiqi quruluşuna olduqca təsir etmişdi. Klassik musiqi elementlərinə olduqca sıx bir şəkildə yer verərək ilk albomlarını 1995-ci ildə "… And The Wings Embraced Us"-u çıxartdılar. Albom çıxdıqdan sonra olduqca yaxşı reaksiyalar aldı və bu albomdan "Snow" sinqlı və "Deathophobia-Sampler IV" adlı compilation albomda çıxarıldı. İkinci albom üçün işləməyə başlayan qrup, İsveçli albom şirkəti "Witchhunt Records" ilə müqavilə imzalayaraq , 2. albomları olan "La Naissance D'Un Rêve" dinləyicilərin ixtiyarına verildi.
1999-cu ildə qrup məşhur Napalm Records albom şirkəti müqavilə imzalayaraq, "Memorandum" adlı albom çıxarıldı.
2001-ci ildə isə "Burning: A Wish" adlı albom çıxarıldı, bu albomda Oliver-in qardaşı Christopher Schmid bu albomdaki mahnılarda ağır vokal ilə oxuyaraq qrupun ilk ağır musiqilərdən ibarət albomu olmuşdur.