PROLÜVİ
/lat. proluvium-axma, çirkab, proluo-axınla aparıram/
süxurların aşınma məhsullarının müvəqqəti axınların erozion dərələrinin ağız hissəsində yerüstü toplantısı. Gətirmə konuslarını və bunların birləşməsindən əmələ gələn prolüvial şleyfləri təşkil edir. P. bəzən aşağı hissədə quruyan daimi çayların yerüstü /quru/ deltasını da aid edirlər. Quraq və ya dəyişkən rütubətli iqlim şəraitində inkişaf etmişdir.
пролювий
alluvial fan deposits