propolis

propolis
propion
proporsional
OBASTAN VİKİ
Propolis
Vərəmum, bərəmum(Propolis) – Propolis az adını yunan sözləri olan ≪pro≫ - ≪öndən≫və≪polis≫≪qala, şəhərdən≫dən götürmüşdür. Onu həmçinin arı yapışkanı, qatranı da adlandırırlar. Əgər arı pətəyinə çağrılmamış qonaqlar – xırda həşəratlar,malyuskalar,kərtənkələ, sıçan,qurbağa daxil olduqda arılar onların üzərinə propolis tökərək sanki sarkofaq düzəldirlər ki, burada heyvan cəsədi çürüyüb, parçalanmır. Beləliklə də, propolis arı pətəyinin olduqca təmiz qalmasını təmin edir. O, arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayıb emal etməklə alınır. Propolis plastilinə oxşayan, sarı-yaşıldan - qəhvəyi-qaraya qədər çox müxtəlif rənglərdə ola bilən spesifik balzam iyli bərk maddə olub spirtdə yaxşı, süddə pis həll olur. Tamına görə prorolis acı, yandırıcı büzüşdürücüdür.Bu 15-17°-də bərk, 36-38°-də yumşaq, plastik, yapışan konsistensiyalıdır. Onun tərkibinə qatran və balzamlar (55%), mum(30%), efir yağları (10%), çiçək tozları (5%),A, C və B vitaminləri qarşığı daxildi. Onun tərkibində həmçinin alüminium,vandium, dəmir, kolsium,silsium,manqan, stronsium kimi mikroelementlər də daxildir. Propolisdə darçın spirt, darçın turşusu, benzoy turşusu,aşı maddələri, xrizin,qalanqın və s.