prosenoz

prosenoz (ekol.)
prosedursuz
prosenozlar
OBASTAN VİKİ
Prosenoz
Prosenoz – Ümumi (Bıkov, 1957), müvəqqəti qruplaşma (Sukaçov, 1917), pioner senozu (Ramenski, 1938), qruplaşma (Alyoxin, 1938), koloniya (Şaxov, 1946), prosenoz və yalançı fitosenoz (Neuhasl, 1963) – orqanizmlərin birgə məskunlaşmasının qeyri sabit davamsız forması, biosenozun təşəkkül və ya sönmə fazası. Prosenozun başlanğıc mərhələsi üçün aşağıdakılar adi haldır: növlərin təsadüfən yığımı, onların diasporları külək, su və digər amillərlə asanlıqla aparılır; tez inkişaf edən, tez və bol meyvə (toxum) verən (xüsusilə bir-ikillik) və vegetativ çoxalan bitkilər; ekotopun tam tutulması; ilbəil güclü dəyişmə. Tərkibinə görə prosenozlar bir neçə qrupa bölünə bilər. Prosenozlar- kaloniyalar adətən bir ekobiomorfun bir və ya bir neçə növünün məskunlaşması. Onların populyasiyalarının sayı hər il kəskin dəyişir, biosenoloji mühit əmələ gəlmir. Prosenozlar- qruplaşmalar – tərkibi xeyli müxtəlifdir, bir və bir neçə ekobiomorfa aiddir.