protoplatforma

protoplatforma
protoplast
protoplazma
OBASTAN VİKİ
Protoplatforma
Protoplatforma - sial qatının nuklear etapından sonra əmələ gələn erkən kembriyəqədər epiarxey platforma strukturu. Erkən stabilləşmə zonaları olub hududlarında platforma tipli formasiya toplanmış və çox az meyilli platforma strukturları inkişaf etmişdir. Protoplatforma niogeya platformalarından fərqləndirən cəhətlər: maqmatik təzahürlərin müxtəlifliyi; bəzi yerlərdə dərinlik yarıqları vasətəsilə əsasi, ultraəsasi, bəzən aramla qalxan qranitoid maqmasının iri kütlələrinin tam diferensasiyası; kristallik fundamentin lokal sahələrdə yenidən qurulması və qranit-qneys günbəz və vallarının əmələ gəlməsi; protoplatforma bünövrəsi həm qranitləşmiş nuklear kompleksi, həm də qırışıqlığa və qranitləşməyə uğramış protogeosinklinal kompleksindən təşkil olunur. Protoplatforma reliktləri Aldan, Baltik və b. qalxanlarda müşahidə edilir. Yaxın termin: Litoplint. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.