psilomelan

psilomelan
psilofitlər
psittakoz
OBASTAN VİKİ
Psilomelan
Psilomelan — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Rəng – qara; Mineralın cizgisinin rəngi – qara parlaq; Parıltı – yarımmetal parıltısından tutqun parıltıyadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,7-4,8; Sərtlik – 5-6-dək; Kövrəkdir; Ayrılma – müşahidə edilmir; Sınıqlar – qeyri-hamar, qabıqlı, oolitlərdə – qınvarı; Morfologiya – Mineral aqreqatları: sıx incədənəli, gizlikristallik, torpaqvari (vad), böyrək - və salxımvari kütlələr, sızma əmələgəlmələr, oolitlər, təbəqəvari dendritlər, konsentrik-qınaoxşar quruluşlu konkresiyalar, qaysaqlar. Əsasən ekzogen şəraitdə əmələ gəlir. Çökmə manqan filizləri üçün səciyyəvidir. Manqanla zəngin süxurların aşınma qabıqlarında və manqan yataqlarının oksidləşmə zonalarında tez-tez rast gəlir. Az miqdarda hidrotermal damarlarda, həmçinin sualtı eksqalyasion - çökmə prosesinin məhsulu kimi qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: pirolüzit, braunit, qausmannit, siderit, hötit, lepidokrokit, kalsit, kvars. Mineralın tapıldığı yerlər: Çiaturi (Gürcüstan); Nikopol (Ukrayna); Gessen, Valdalqesqeym (Almaniya); Naqpur (Hindistan) və b. Psilomelana Azərbaycanın əsas manqan filizi obyektlərindən – Molla-Cəlil və Elvor yataqlarından əlavə Şahbuz, Ordubad, Kəlbəcər, Şəmkir, Qazax rayonlarında yerləşən bəzi filiz təzahürlərində də rast gəlinir.

Значение слова в других словарях