Mana Puls Milli Parkı
Mana Puls Milli Parkı — Zimbabvenin şimalında 219,600 hektar ərazini əhatə edən vəhşi təbiəti mühafizə zonası və milli parkdır.
Bura, aşağı Zambezi çayının hər yağış mövsümündən sonra düzənliyin geniş bir göl sahəsinə çevrildiyi bir regionudur. Göllər daha sonra getdikcə quruyur və geri çəkilir. Bu zaman bölgə bir çox iri heyvanı su axtarışına cəlb edir və bura, Afrikanın ən məşhur araşdırma bölgələrindən birinə çevrilir.
Park 1984-cü ildə Sapi Safari bölgəsi (118,000 ha) və Çivour Safari sahəsi (339,000 ha) ilə birlikdə (ümumi 676,600 ha) UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Mana Puls həmçini, 3 yanvar 2013-cü il tarixində beynəlxalq əhəmiyyətli Ramsar bataqlıq ərazisi təyin edilmişdir.
Mana şona dilində "dörd", Pool isə ingilis dilində "hovuz" deməkdir və parkın bu adı orta Zambezi yaylaları tərəfindən meydana gələn dörd böyük daimi hovuza istinad edir.
Bu 2500 kvadrat kilometrlik çay sahili, adalar, qum sahələri və hovuzlar, maxaqoni, yabanı əncir, eboniya və baobab meşələri ilə əhatə olunmuş ərazilər Cənubi Afrikanın ən az inkişaf etmiş milli parklarından biridir. Park ölkədəki ən böyük begemot və timsah konsentrasiyasına və zebra, fil və Afrika kəlinin böyük quraqlıq mövsümdə ən böyük məməli populyasiyalarına malikdir. Bu ərazidə şir, hepard, Afrika vəhşi iti, bəbir və qonur kaftar da daxil olmaqla yaxın təhlükə altında olan növlər də mövcuddur.