PUTÇ
(putçizm)
(alman Putsch)
qiyamın, üsyanın kiçik bir forması; qiyam; qiyamlar (təşkil etmə) siyasəti; kiçik bir dəstə sui-qəsdçilər tərəfindən törədilmiş dövlət (və ya hakimiyyət) çevrilişi; və ya bu cür çevrilişə avantyurist cəhd; hakimiyyət uğrunda silahlı mübarizənin spesifik forması, hansı ki, ya bilavasitə hərbiçilər (və ya digər güc strukturları) tərəfindən və ya onlara arxalanan bir dəstə tərəfindən həyata keçirilir (cəhd edilir). Burada hərbiçilər (və ya digər güc strukturları) ya biləvasitə hakimiyyəti ələ keçirmək kimi istifadə edilir və yaxud hakimiyyətə psixoloji təzyiq vasitəsi kimi istifadə edilir və üstəlik hakimiyyətin istefası ilə yanaşı – onun (hakimiyyəti) hərbiçilərə (güc strukturlara) verilməsi tələbi də, irəli sürülə bilər. Mahiyyət etibarı ilə, P. – “saray çevrilişi” – hakimiyyəti ələ alma mexanizmini xatırladır. P. – üsyandan özünün kiçik miqyası ilə seçilir, - bir qayda olaraq, geniş insan kütlələrinin dəstəyi ilə fərqlənmir, elə buna görə də putçislər repressiv tədbirlərdən geniş istifadə edirlər (hərbiçilərin hakimiyəti üçün bu xarakterikdir), onlar üçün totalitar idarəçilik formasının təsdiq edilmə tenden-siyası xarakterikdir və ölkədə ümumi vəziyyəti nəzarət altına almaq və fərqli düşünənlərə qarşı mübarizə aparmaq naminə üfüqi və şaquli hərbiləşmiş dövlət idarəçiliyi strukturunun yaradılması mümkündür. Eyni zamanda, P. üçün hərbiçilərin loyallığını qazanmaq naminə, onları cəmiyyətdə imtiyazlı mövqeyə qoyulması xarakterikdir.