PVC
is. \[ing. Polyvinyl chloride (CH2-CHCl); rus. ПВХ\] xüs. Polivinilxlorid. Qələvilərə, mineral yağlara, turşu və həlledicilərə qarşı kimyəvi dözümlülüyü ilə fərqlənən rəngsiz, şəffaf plastmas. Havada yanmır, şaxtaya az dözümlüdür (-15 °C). Məftil və kabellərin elektroizolyasiyası, asma tavan, plyonka, süni dəri, linoleum, çirklənməyə davamlı xalçalar, plastik pəncərə, qapı və s. istehsalında istifadə olunur.