Əzmə
Qoyun qara ciyəri – 354q,
Quyruq - 65q,
İstiot – 0,1q,
Duz - zövqə görə.
Qara ciyər pərdələrdən təmizlənir və qoyun quyruğu ilə duzlu suda yarımhazır vəziyyətə gəlincə bişirilir. Sonra ətçəkən maşından keçirilir, istiot vurulub hazır olunca tavada qovrulur.