QÜTB GECƏSİ qütb sahələrində ilin, günəşin üfüqdə görünmədiyi hissəsidir. Q.g.-nin uzunluğu qütbə doğru artır: Şimal qütbündə Q.g. payız gecə-gündüz bərabərliyindən (23. IX) yaz gecə-gündüz bərabərliyinə (21. III) qədər davam edir.