QIRIŞIQ YAYLA

qırışıqlı yayla adətən mürəkkəb strukturlu olub, yüksəyə qaldırılmış kürsü (sokol) və onun üzərində yerləşən dağ silsilələri ayrılır. нагорье складчатое fold highland
QIRIŞIQ VİLAYƏT
QIRIŞIQLI DAĞLAR
OBASTAN VİKİ
Yayla
Yayla və ya Dağlıq plato — Dəniz səviyyəsindən 500 metrdən çox hündürlüyü olan düzənliklərə yaylalar deyilir. Denudasiya mənşəlidir. Denudasiya prosesləri nəticəsində alçalmış dağ silsilələrinin və dəniz səviyyəsindən yüksəkdə yerləşmiş düzənlik sahələrin növbələşməsi ilə səciyyələnir. Düzənliklər quru iqlim şəraitində dağların uçulma məhsullarının dağarası çökəklərdə toplanmasından və ya çökəyin vulkan materialları (lava, vulan külü) ilə dolmasından əmələ gəlir (məsələn, Anadolu yaylası, Şərqi Pamir, Burqund yaylası, Qarabağ vulkanik yaylası və s). Ən hündür yayla Himalay dağ sistemində yerləşən Tibet yaylasıdır. ASE, V cild, Bakı, 1981, səh.
Qırışıq sahə
Qırışıq sahə (rus. складчатая область, ing. fold area) — əsasən geosinklinal sahələrin yerində əmələ gəlmiş mürəkkəb quruluşlu (adətən qırışıqlı qaymalı) və müxtəlif yaşlı (prote-rezoy, baykal, kaledon, hersin və s.) qırışıqlı dağlar. Qırışıq dağlıq ölkələrə uyğun gəlir və o cür də adlandırılır. (Məs: Altay-Sayan qırışıqlıq vilayəti və s.). Sin. qırışıqlıq sistem. Geniş mənada qırışıqlıq vilayətlərinə xas olan və onların inkişaf mərhələlərində yaranan intruzivlərdir. Qırışıqlıq vilayətlərinin intruzivləri məkan etibarilə ensiz üzün qırışılıq zonalarında uzun oxları ilə uzununa, yaxud eninə plutonlar şəklində yerləşir. Tektonik şəraitdən asılı olaraq bu intruzivlər: 1) qırışıqlıqdan qabaq (protektonik); 2) qırışıqlıqla eyni vaxtda (sintektonik) və 3) qırışıqlıqdan sonra (postektonik) üç qrupa ayrılır, mineral və kimyəvi tərkiblərinə görə fərqlənir.
Yayla (Krım)
Yayla (ümumtürk. «yay» — «yay»; türk. yaylak — yüksək dağlıqlda yerləşən yaylaq) — Krım dağlarının meşə örtüyündən məhrum olan yayla hissəsi. Əsasən yay otlaq sahəsi kimi istifadə olunur. Ərazinin yetərincə horizontal vəziyyətdə olması diqqəti cəlb edir. Münbit torpaq örtüyünə və yay aylarında yüksək rütubətə malik olmasına görə otlaq sahəsi kimi geniş istifadə olunur. Digər dağ silsilələrindən fərqli olaraq Yayla şiş uclu deyil Dağ zirvəsi boyu asanlıqla cığırlar və hətta yol belə çəkmək mümkündür. Yaylada çobanlar bütün mövsümü asanlıqda qala bilirlər. Yayla sözü türk mənşəlidir. Məsələn krımtat.
Yayla (dəqiqləşdirmə)
Yayla Yayla — Şəki rayonu ərazisində dağ. Hün. 3343 m. Yayla (Krım) Yayla (Gürcüstan) — Gürcüstanın Zalqa rayonunda kənd.