Qıvrımlələk qutan
Qıvrımlələk qutan (lat. Pelecanus crispus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinin qutan cinsinə aid heyvan növü.
== Təsviri ==
Rəngi bozumtul-ağdır. Dimdiyinin alt hissəsində boğaz kisəsi vardır. Qanadlarının ucu qaradır. Boynunun arxa hissəsində və başındakı lələklər bulanıq ağ rəngli qıvrım "papaqcıq" əmələ gətirmişdir.
== Yayılması ==
Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda əsasən Xəzərin sahil sularında, Böyük və Kiçik Qızılağac körfəzlərində, Şirvan Milli Parkında, Araz dəryaçasında və Arpaçay su anbarında, Mahmudçala-Ağçala, Ağgöl və Sarısu göllərində qışlayır. Sarısu və Ağgöldə nəsil verib.
== Yaşayış yeri və həyat tərzi ==
Balıqla zəngin olan iri su hövzələrində məskunlaşır.