qıyhaqıy
qıyıqgöz
OBASTAN VİKİ
Qıyıqlı
Qıyıqlı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Dəstəfur kənd inzibati ərazi dairəsində kənd. Toponim, çox güman ki, Səlcuq oğuzlarının kıyıq tayfasının adından və mənsubiyyət bildirən "-lı" şəkilçisindən ibarət olub, "kıyık tayfasından olanlar" mənasını bildirir. Yerli əhalinin məlumatına görə, kənd rayonun Muşavaq kəndindən köçüb gəlmiş Qıyıq Alının nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Qıyıqlı kənd kitabxana filialı, Qıyıqlı kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Qıyıqlı kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Qıyıqlı kənd tibb məntəqəsi yerləşir.
Qıyıqçı
Qıyıqçı — Azərbaycan Respublikasının Füzuli rayonunun Dövlətyarlı kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə işğaldan azad olunub.

Значение слова в других словарях