QƏSS

Həcc ziyarəti üçün üz və bədən tüklərinin qısaldılıb sahmana salınması.
QƏSİS
QƏZA
OBASTAN VİKİ
Comərd Qəssab türbəsi
Comərd Qəssab türbəsi — Qədim Gəncə ərazisində, Bakı – Gəncə dəmir yolu xəttindən cənubda yerləşən tarixi memarlıq abidəsidir. Türbədə dəfn edilmiş Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Bir rəvayətə görə, Comərd Gəncədə hörmətə malik qəssab olmuş, digər bir rəvayətə görə isə, Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşmüş, İslam dinini qəbul etmiş və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında yeni dinin yayılması ilə məşğul olmuşdur. Türbə planda səkkizguşəli formaya malikdir. Səkkizgüşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənmişdir. Türbənin tikintisi zamanı kvadrat formalı bişmiş kərpic və əhəng məhlulu qarışımından istifadə olunmuşdur. Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Gəncə sakinləri arasında yayılan rəvayətə görə, Comərd, Gəncənin qədim məhəllələrindən birində qəssablıq edər, əhaliyə ət satar, heç bir tərəzidən istifadə etmədən əti dəqiq və düzgün ayırarmış. Digər bir rəvayətə görə, Comərd Qəssab türbəsi Məhəmməd peyğəmbərin əmisi oğlu IV raşidi xəlifəsi Əli ibn Əbu Talibin dövründə yaşamış, həddən artıq namuslu, ədalətli və insaflı bir qəssabın qəbri üstündə tikilib. Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşür, İslam dinini qəbul edir və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında İslamın yayılması ilə məşğul olur.
Qəssan
Qəssan (ərəb. غسّان‎) — ərəb mənşəli ad. Qəssan, Qəssanilər sülaləsinin qurucusu Qəssan Kənəfani (1936—1972), fələstinli yazıçı və aktivist Qəssan Məsud (d.
Qəssan Kənəfani
Qəssan Kənəfani (ərəb. غسان كنفاني‎; 9 aprel 1936[…], Əkka[d], Britaniya Fələstini[d] – 8 iyul 1972[…], Beyrut) — fələstinli yazıçı və aktivist.
Qəssan Məsud
Qəssan Məsud (Ərəbcə: غسّان مسعود; 20 sentyabr 1958) — Suriyalı aktyor. Evli və bir oğlan, bir də qız atası olan Məsud, Suriyada bir çox filmə çəkilmişdir. "Diplomasiyyoun" adlı oyun ona aiddir. 2005-ci ildə çəkilən Cənnətin krallığı (film, 2005) adlı filmdə Müsəlman orduların komandanı Səlahəddin Əyyubi olaraq rol alması onun aktyorluq karyerasında böyük rol oynayıb. 2006-cı ildə Türk kino tarixinin ən yüksək büdcəli filmi olan Qurdlar vadisi İraq adlı filmdə, 2007-ci ildə də Qərayib quldurları: Dünyanın sonu (film, 2007) adlı Amerikan istehsalı filmdə rol almışdır. Çalışmalarını hələ "Damascus Music and Drama School" və "High İnstitution of Theatrical Arts" adlı platformlarda sürdürməkdədir. Qəssan Məsud, çox danışılan "Kəpənək" filmində də oynadı. Ayrıca "Ömər" serialında isə Əbu Bəkr rolunu oynamışdır.
Qəssan mahalı
Qəssan mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. İsmayıllı rayonu ərazisində mövcud olmuşdur. Mahalın naibi Hacı Mustafa bəy idi. 1821-ci ildə 20 kənddə (Qoşakənd, Tubi, Fətəhli, Yenikənd, Yuxarı İsmayıllı, Talıstan, Quş-Yengicə, Diyallı, Cülyan, Dahar, Nügədi, Maçaxi, Dəymədağıldı, Müskürlü, Bədəlli, Qaradegin, Vəlibinə, Qazılı, Kirk, Gənzə) 411 ailə yaşayırdı. Həsən mahalının sakinləri əkinçilik, bağçılıq, baramaçılıq, kömürçülüklə məşğul olurdular. Şirvan xanlığı Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Qəssanilər
Qəssanilər (ərəb. الغساسنة‎ əl-Ğəsasinə və ya الغسانيون əl-Ğəssaniyyun) — Ərəbistanda iqtidarda olan sülalə. Bu sülaləni bəzi vaxtlar Ali Cəfnə də (babalarının adıdır) adlandırırlar. Onlar Yəməndən şimala tərəf köçərək Roma imperiyasının sərhədlərində məskunlaşanlardırlar. Deyilənə görə bu əhali ilk dəfə Məkkəyə yollanmış, sonra onlardan bir qol ayrılaraq Badiyətuş-Şama (Şam çölünə) getmişdir. Qəssan adlı çayın sahilində yerləşdiklərinə görə onları Qəssani çağırırmışlar. Qəssanilər Ərəbistanın şimalında məskunlaşdıqları ilk vaxtda Səlih qəbiləsinə tabe olmuşlar. Ancaq onlara qalib gəldikdən sonra Roma imperiyasında, daha sonra Bizans imperiyasında baş verən müharibələrdə Romalıları (və Bizanslıları) himayə edirdilər. Sasani şahlarının tərəfdarları olan Ləxmilər ilə də müharibə edirdilər. Yustinianın imperator olduğu dövrdə Qəssani dövləti daha da gücləndi.
Verden qəssabxanası
"Verden döyüşü" — Birinci dünya müharibəsinin gedişində 1916-cı ilin fevral-dekabr aylarında Verden qalasına hücum edən almanlarla fransızlar arasında döyüşlər başlandı. Döyüşlər uzandığından hər iki tərəfdən saysız-hesabsız ölənlər və yaralananlar olurdu. Meyitlərin çoxu parça-parça olduğundan bu vuruşma tarixə "Verden qəssabxanası" adı ilə daxil olmuşdur. Altı ay davam edən bu döyüşlərdə bir milyona qədər alman və fransız əsgər və zabit məhv edilmişdi. 1914-1915-ci illərdə gedən qanlı döyüşlərdə verilən itkilərə görə Almaniyanın genişmiqyaslı hərbi addım atmağa qüvvəsi qalmamışdı. Bu səbəbdən də 8 Fransız diviziyası tərəfindən qorunan kiçik rayon olan Verden Parisə daxil olmaq üçün əlverişli yol ola bilərdi. Almanlar Verdendə qazanılacaq qələbənin Fransanın təslim olmağı ilə bağlı ilk addım kimi hesab etmişdilər.
Mehmet Qəssaboğlu
Mehmet Məhərrəm Qəssaboğlu və ya Mehmet Muharrem Kasapoğlu (türk. Mehmet Muharrem Kasapoğlu; 22 dekabr 1976, İstanbul) — Türkiyə dövlət xadimi. O, hazırkı Gənclər və İdman naziridir. Mehmet Məhərrəm Qəssaboğlu 1976-cı ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, Mərmərə Universitetinin İqtisadiyyat və İnzibati elmlər fakültəsində Biznesin idarə edilməsi üzrə təhsil almış və oranı bakalavr dərəcəsi ilə bitirmişdir. Qəssaboğlu daha sonra həmin universitetdə Yerli İdarəetmələr və Mərkəzsizləşdirmə üzrəmagistr dərəcəsi qazanmışdır. Florida Dövlət Universitetinin Biznesin İdarə Edilməsi Fakültəsində İdarəetmənin təşkili sahəsində tədqiqatçı, mütəxəssis və layihə koordinatoru kimi fəaliyyət göstərmişdir. Floridadakı Palm-Biç Atlantik Universitetində Biznesin idarə edilməsi üzrə daha bir bakalavr dərəcəsi qazanmışdır. Qəssaboğlu Türkiyəyə qayıtmış və İstanbul Universitetində Yerli Məşğulluq üzrə Doktorluq dərəcəsi əldə etmişdir. 10 iyul 2018-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən Gənclər və İdman naziri təyin edilmişdir.
Məhməd Qəssaboğlu
Mehmet Məhərrəm Qəssaboğlu və ya Mehmet Muharrem Kasapoğlu (türk. Mehmet Muharrem Kasapoğlu; 22 dekabr 1976, İstanbul) — Türkiyə dövlət xadimi. O, hazırkı Gənclər və İdman naziridir. Mehmet Məhərrəm Qəssaboğlu 1976-cı ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, Mərmərə Universitetinin İqtisadiyyat və İnzibati elmlər fakültəsində Biznesin idarə edilməsi üzrə təhsil almış və oranı bakalavr dərəcəsi ilə bitirmişdir. Qəssaboğlu daha sonra həmin universitetdə Yerli İdarəetmələr və Mərkəzsizləşdirmə üzrəmagistr dərəcəsi qazanmışdır. Florida Dövlət Universitetinin Biznesin İdarə Edilməsi Fakültəsində İdarəetmənin təşkili sahəsində tədqiqatçı, mütəxəssis və layihə koordinatoru kimi fəaliyyət göstərmişdir. Floridadakı Palm-Biç Atlantik Universitetində Biznesin idarə edilməsi üzrə daha bir bakalavr dərəcəsi qazanmışdır. Qəssaboğlu Türkiyəyə qayıtmış və İstanbul Universitetində Yerli Məşğulluq üzrə Doktorluq dərəcəsi əldə etmişdir. 10 iyul 2018-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən Gənclər və İdman naziri təyin edilmişdir.

Значение слова в других словарях