qaboyçalan 2021
qabro-plagioqranit
OBASTAN VİKİ
Qabrovo Texniki Universiteti
Qabrovo Texniki Universiteti (bolq. Технически университет Габрово) — Bolqarıstanda universitet; texniki sahə üzrə ixtisaslaşan ali təhsil ocaqlarından biri. == Tarixi == Qabrovo Texniki Universitetinin əsası 1964-cü ildə Bolqarıstanın sənayenin inkişafında zəngin təcrübə və ənənələrə malik iqtisadi mərkəzi kimi tanınan Qabrovo şəhərində qoyulub. Bu gün Qabrovo Texniki Universiteti təhsil və elm sahəsində müasir imkanlarla keçmiş ənənələri uğurla uyğunlaşdırır. Hazırda özünü nüfuzlu təhsil və elmi mərkəz kimi təsdiqləyən universitet əmək bazarının tələblərinə uyğun olaraq texnika və texnologiyalar, iqtisadiyyat və sosial elmlər sahəsində geniş profilli bakalavr, magistr və doktorantura ixtisaslarını təklif edir. Universitetdə maarifləndirici və elmi fəaliyyət 240 yüksək ixtisaslı müəllim tərəfindən həyata keçirilir. Müasir tədris metodlarını tətbiq edən müəllimlər, zəngin maddi-texniki baza və müxtəlif sosial güzəştlərin tələbələrin təhsili və inkişafı üçün münbit şərait yaradır. Ali təhsil müəssisəsi Avropa maarifləndirici və tədqiqat proqramlarında fəal iştirak edir, yerli və xarici universitetlərlə faydalı və effektiv əməkdaşlıq həyata keçirir. 1999-cu ildə Qabrovo Texniki Universitetində ilk regional Cisco Akademiyası fəaliyyətinə başlayıb. Cisco Networking Academy Program bütün şirkətlərinin tələblərinə cavab verir.