qalaktoza
qalaq
OBASTAN VİKİ
Qalakturon turşusu
Qalakturon turşusu — heksuron turşusu, C6H10O7- birəsaslı üzvi turşu. Qalaktozanın 6-cı karbon atomu oksidləşəndə əmələ gəlir. Qalakturon turşusu polisaxaridlərdən bir çoxunun quruluş komponenti olub təbiətdə geniş yayılmışdır. Bitkilərin toxumalarında asanlıqla əmələ gəlir, kitrə, selik və s.-nin tərkibində var. Bitkilərdə dekarboksilaza fermentinin təsiri ilə arabinozaya çevrilir.