QALINYARPAQ

прил.
1. густолистый, густолиственный
2. толстолистный, толстолистый
QALINYANAQLI
QALIŞ
OBASTAN VİKİ
Qalınyarpaq bergeniya
Qalınyarpaq bergeniya (lat. Bergenia crassifolia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin bergeniya cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, yoğun, şişman, sürünən kökümsovu və çoxsaylı saçaqlı kökləri vardır. Gövdəsinin hündürlüyü 50 sm, yarpaqları bütöv, çılpaq, dəricikli, parlaq, qışlayan və kök üstündə çətir şəklində toplanır. Yarpaq lövhəcikləri enli ellipsşəkilli, demək olar ki, dairəvi, əsası girdələşmiş və ya ürəkvari, küt, aydın olmayan dişli, uzun saplaqlı, uzunluğu 3-35 sm, eni isə 2,5-30 sm-ə bərabərdir. Çiçəkləri 5 üzvlü, gövdənin zirvəsində süpürgəvarı-qalxanşəkilli çiçəkqrupunda formalaşmışdır. Ləçəkləri bənövşəyi-çəhrayı, dairəvi-yumurtavarı, əsası qısa və geniş dırnaqcıqlardan ibarətdir. 300–2600 m yüksəkliyi olan meşə, subalp və alp qurşaqlarda, çay sahillərində və sıx iynəyarpaqlı meşələrdə rast gəlinir. Yabanı çoxillik badanın kökümsovları iyun-iyul aylarında toplanılaraq qurudulur və xammal olaraq keyfiyyətli dərman bitkisi kimi istifadə edilir. Kökümsovları torpaqdan 20 sm hündürlükdə toplanılır, təmizlənir və qurudulur.

Значение слова в других словарях