qapıcığaz
qapıçı
OBASTAN VİKİ
Qapıcıq
Qapıcıq — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda dağ. Qapıcıq (dağ) — Ordubad rayonunda dağ. Qapıcıq (Qafan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.
Qapıcıq (Qafan)
Qapıcıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Oxçu çayının sağ sahilində yerləşmişdir. Toponim türk dilində «dar dərənin yarıqlara bölünmüş yuxarı hissəsi», «dağ yamacında dar dərə» mənasında işlənən qapı (kapu) sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılılması ilə düzəlib. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Burada 1926-cı ildə 12 nəfər azərbaycanlı yaşamışdır.
Qapıcıq (dağ)
Qapıcıq dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Kiçik Qafqazın ən yüksək zirvəsidir. Oxçuçay ilə Gilançayın suayrıcındadır (hünd. 3905,2 m). Zəngəzur silsiləsinin və eyni zamanda Kiçik Qafqazın ən hündür zirvəsi. Nəsirvazçayın mənbə hissəsində, Nəsirvaz kəndindən 7 km şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Yamaclarında qədim buzlaq relyefi formaları (təknə, karr, moren), zirvəsində 3–4 m qalınlığında daimi qar örtüyü var. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının şimal-şərq kənarında, Mehri-Ordubad batolitinin ekzokontakt zolağında yerləşir.
Qapıcıq dağı

Значение слова в других словарях