qarğı-qamışlı
qarğıdalı
OBASTAN VİKİ
Qarğı
Qarğı (lat. Arundo) - qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Adi qarğı
Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
Qamışvari qarğı