QARAÇALA

сущ. большой котлован, резервуар для хранения нефти
QARACİYƏR
QARAÇAYLI
OBASTAN VİKİ
Qaraçala
Qaraçala — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Qaraçala qəsəbəsi indi Azərbaycanın Aran zonasının yüzlərlə Kürqırağı kəndlərindən biri və ən adilərindəndir. Əvvəllər, yəni Sovet dönəmində, 1963-cü ilədək mövcud olmuş Əli Bayramlı rayonuna aid idi, Əli Bayramlı (indiki Şirvan) – Salyan yolunun üstündə, Kür çayının sol – Şirvan sahilində, Əli Bayramlıdan (indiki Şirvan şəhəri) 14, Salyandan 36 km məsafədə yerləşir. Qəsəbədə, daha doğrusu, keçən əsrin 90-cı illərinin əvvəllərinədək bu qəsəbə sovetliyinə daxil olan, inqilaba (1917) qədər olan dövrdə kəndin əsasını qoymuş, adı təəssüf ki, xatirələrdə qalmamış, lakin əməllərindən göründüyü kimi bu yerləri sevmiş və gözəllik yaratmaq aşiqi olmuş rus mülkədar xanımın şərəfinə "Xanım xoturu" (rus dilində kiçik kənd mənasında işlədilən xutor (хутор) sözünün xalq tərəfindən dilimizə uyğunlaşdırılmış forması), Sovet hakimiyyəti qurulduqdan sonra isə bu təsərrüfatda yaradılmış 2 nömrəli pambıq toxumçuluğu sovxozunun mərkəzi malikanəsinə çevrildiyinə görə qısa formada "semsovxoz" (rusca "семенной совхоз" (semennoy sovxoz) adının qısaldılmış forması) adlandırılmışdır. Sovet İttifaqında ilk sovxozlardan biri kimi 1922-ci ildə yaradılmış 1 nömrəli sovxozun mərkəzi malikanəsinə bitişik, müharibədən dərhal sonra burada başlamış tikinti-quruculuq işlərini həyata keçirən tikinti-quraşdırma idarəsinin ətrafında salınmış adsız kənddə, sonradan burada Sovet tarixindən bəlli olduğu kimi 1930-cu illərin kollektivləşmə dövründə yaradılmış və fəaliyyət göstəmiş təsərrüfatlararası MTS-in (maşın-traktor stansiyası) rusca "МТС" (em-te-es), azərbaycanca – em-te-es, imtees, MES) abbreviaturasına uyğun olaraq, gah "Mes", gah da burada 1980-ci illərədək fəaliyyət göstərmiş dizel-elektrik və su nasos stansiyasının (rusca дизельная электрическая и насосная станция (dizelnaya elektriçeskaya i vodonasosnaya stansiya) adının qısaldılmış formada işlədilən "дизельная электростанция" (ДЭС) (dizelnaya elektrostansiya (DES) adının) abreviaturuna uyğun olaraq "Des" adlandırılırdı. XX əsrin əvvəllərində qonşu Kərimbəyli kəndinin cənub qurtaracağında əvvəllər rus mülkədar tərəfindən salınmış malikanə də 30-cu illərdə bu kəndi, həmçinin Qarabağlı və Xalac kəndlərini də əhatə etmiş MTS-in mərkəzi malikanəsi olmuş və sonralar onun malikanəsi Salyanneft neft və qazçıxarma idarəsinə verilmişdi. Kəndin həmin hissəsi indi də sovet dönəminin maşın-traktor stansiyasının (MTS-em-te-ec) adının baş hərflərindən alınmış abbreviaturaya uyğun olaraq "İmtees" adı ilə tanınır. Qaraçala qəsəbəsi Salyan rayonunun iri yaşayış məntəqələrindən biridir. Qəsəbədə 5000-ə yaxın sakin (2013-cü ilin məlumatına görə) yaşayır. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
Qaraçala qəsəbəsi

Значение слова в других словарях