Qarabağlılar
Qarabağlılar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd.
Mənşəyinə görə qədimdən Qazax zonasında yaşamış qarabağlar tayfasının adı ilə bağlıdır. Qarabağlar erkən orta əsrlərdə Gürcüstan, Qafqaz Albaniyası və Ermənistan sərhədlərində yaşayan albanların qolunun adıdır. Ümumiyyətlə, Qarabağ/Qarabağlar/Qarabağlılar adları Azərbaycanda çox geniş yayılmışdır. Belə ki, Azərbaycanın böyük bölgəsi olan Qarabağ mahalından başqa, Naxçıvan ərazisində, Ağstafa, Ağsu, Qazax, Şirvan, Göyçay, Oğuz, Göygöl, Xaçmaz, Salyan və başqa rayonlarda bu adda kəndlər qeydə alınmışdır. Qarabağlıların, eyni zamanda Cənubi Azərbaycanda, , Türkiyədə, Əfqanıstanda, İranda yaşadıqları haqqında məlumatlar vardır. Bu ada ilk dəfə Gəncəli Kirakosun (1201-1256) "Tarix" əsərində rast gəlinir. Bir qədər sonra (1284) Rəşidəddin də bu etnonim haqqında məlumat vermişdir.
Qarabağlılar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
Kənd dağətəyi ərazidə yerləşir.
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.