qarapəncə
qarasaç
OBASTAN VİKİ
Qarapirimli
Qarapirimli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Qarapirimli (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Qarapirimli (Ağdam)
Qarapirimli — Azərbaycan Respublikasının Ağdam rayonunun Papravənd kənd inzibati ərazi dairəsində kənd. Qarapirimli kəndi 1993-cü ilin iyun ayında erməni işğalçıları tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == 1930-cu ilə qədər Qarapirimli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Pir Məhəmməd Qarabağinin ləqəbinin "Qara Pirim" olduğu anlaşılır. Qara Pirim Qarabağın sufizm tarixinin açarıdır. İşğaldan yenicə azad olunan Ağdamın Qarapirimli və Papravənd kəndlərində Mənaqibnamədə adı çəkilən hadisə və yerlərlə bağlı maddi-mədəniyyət abidələrinin varlığı da müəyyən edilib. Maraqlıdır ki, Qarabağın XIX əsr sufizm tarixinin önəmli şəxsiyyəti Həmzə Nigari də ilk təhsilini Qarapirimlidə almışdır. Bəzi mənbələrdə bu kəndin adı Qarapirim kimi də göstərilir. Azərbaycan Respublikasının Goranboy rayonunda da Qarapirimli adlı kənd var.
Qarapirimli (Goranboy)
Qarapirimli — Azərbaycan Respublikasının Goranboy rayonunun Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Goranlı kənd Sovetindən Qarapirimli kəndi Qırıqlı kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim əfşarların qırıqlı tayfasının qarapirimli tirəsinin adı ilə bağlıdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kəndi Kürəkçayın sahilində, düzənlikdə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 303 nəfər əhali yaşayır.