Qarniyerit
Qarniyerit – (Ni, Mg)6 (OH)8 [Si4 O10] — Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Rəng – alma kimi yaşıl, mavi çalarlı-yaşıl, otu-yaşıl, zümrüdü-yaşıl, yaşıl; Mineralın cizgisinin rəngi – açıq-yaşıl; Parıltı – yağlı, tutqun; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 2,2-2,7; Sərtlik – 2-2,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl; Sınıqlar – qabıqlı; Morfologiya – kristallar: mikrolifli, mikrovərəqvari; Mineral aqreqatları: kollomorf, böyrəkvari, sıx, gizlikristallik kütlələr, qabıqlar.
Nikelli hiperbazitlərin aşınması zamanı əmələ gəlir. Bəzən karst boşluqlarında əhəngdaşları ilə serpentinitlərin sərhədində qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: nikelli-xloritlər, talk, kvars, opal, xalsedon, vermikulit, serpentin qrupu mineralları. Mineralın tapıldığı yerlər: Yeni Kaledoniya adası; Revden və Ufaley yataqları (Rusiya); Azərbaycanda Kiçik Qafqazın ofiolit formasiyası süxurlarının aşınma qabığında və xromit filizlərində aşkar edilmişdir.
Mühüm nikel filizidir.
Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.