Qaronna

coğ. Garonne f

qarnizon
qarov
OBASTAN VİKİ
Qaronna çayı
Qaronna (fr. Garonne, lat. Garumna, oks. Garona) — Fransa və İspaniya sərhədində çay. 1872 m hündürlükdən Priney dağlarından başlayıb, Atlantik okeanının Biskay körfəzinə tökülür. Priney dağları ətəkləri ilə dar, dərin dərələrlə yüksək meyillikli ərazilərdən axır(meyilliyi 67 ‰. Düzənlik hissələrdə isə artıq geniş dərələrlə axır ki, Bordo şəhərində onun eni 500 m keçir. Bordo şəhərinin aşağı hissələrində Dordon çayına qarışır və uzunluğu 75 km olan Jironda estuarisini yaradır. Çayın uzunluğu 647 km (523 km-i Fransa ərazisindən keçir),sahəsi isə 56 min km²-dir(Doron çayı ilə birlikdə isə 84 811 km², su sərfi isə 680 m³/san). Qidalanmasında yağış suları və qar suları başlıca yer tutur.
Yuxarı Qaronna
Yuxarı Qaronna (fr. Haute-Garonne, oks. Nauta Garona, Auta Garona) — Fransa cənub-qərbində yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 31. İnzibati mərkəzi — Tuluza. Əhalisi - 1,268,370 nəfər (departamentlər arasında 14-cü yer, 2010-cu ilin məlumatları). Sahəsi — 6309 km². Qaronna çayı departametin ərazisində axır. Cənub bölgələri Pireney dağıdır. Ən yüksək nöqtəsi — Perdiger dağıdır (3222 m).
Lo və Qaronna
Lo və Qaronna (fr. Lot-et-Garonne, tələffüzü /lɔt‿e.ɡa.ʁɔn/, oks. Òlt e Garona) — Cənub-qərbi Fransada departament, Yeni Akvitaniya regionun departamentlərindən biridir. Sıra nömrəsi — 47. İnzibati mərkəzi — Ajen. Əhali sayı — 342.500 nəfər (departamentlər arasında 70-ci yeri tutur) (2010-cu il məlumatına görə). == Coğrafiyası == Departamentin sahəsi 5361 km². Departamentin ərazisindən Qaronna , Lo, Baiz, Jeliz, Oss çayları axır. Department 2 rayonu və tərkibinə 293 kommun daxil olan 54 kantonu birləşdirir. == Tarixi == Lo və Qaronna — 1790-ci ildə mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış, ilk 83 departamentdən biridir.
Tarn və Qaronna
Tarn və Qaronna (fr. Tarn-et-Garonne, oks. Tarn e Garona) — Fransanın cənubunda yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 82. İnzibati mərkəzi — Montoban. Əhalisi — 248 227 nəfər (departamentlər arasında, 81-ci yer, məlumatlar 2010-cu ilin melumatları). Ərazisi — 3718 km². Departamentin ərazisində Tarn və Qaronna çayları axır. Departamentə 2 rayon, 30 kanton və 195 kommun daxildir. Departament Napoleonun 4 noyabr 1804-cü il tarixli fərmanı ilə yaradılmışdır.