qarqarlar
qarlama
OBASTAN VİKİ
Qarquşu
Qarquşu (lat. Pyrrhula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinə aid heyvan cinsi.
Adi qarquşu
Adi qarquşu (lat. Pyrrhula pyrrhula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin qarquşu cinsinə aid heyvan növü. Avrasiya qarquşunu, 1758-ci ildə Karl Linney, özünün "Təbiət sistemi"nin 10-cu nəşrində, Loxia pyrrhula binominal adı altında vermişdir. Latın dilində olan pyrrhula sözünü ilk dəfə Aristotel yunan πυρρός (alov rəngli quş, πυρρός alov rəngli, πuyr yanğın: Pyrrha), "qurd yeyən quş" kimi işlətmişdir. Bu növlərin latın adı ilk dəfə 1555-ci ildə "Historiae animalium"da İsveçrə naturalisti Konrad Gesner tərəfindən istifadə edilmişdir. Qarquşunun ən yaxın qohumları Pinicola cinsinə daxildir. Qarquşunun aşağıdakı subnövləri vardır: P. p. pileata W. MacGillivray, 1837 – Britaniya adaları P. p. europaea Vieillot, 1816 – Qərbi və Mərkəzi Avropa P. p. iberiae Voous, 1951 – cənub-qərbi Fransa dağları, şimali Portuqaliya və şimali İspaniya P. p.
Səhra qarquşu
Səhra qarquşu (lat. Bucanetes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinə aid heyvan cinsi.
Adi səhra qarquşu
Adi səhra qarquşu (lat. Bucanetes githagineus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin səhra qarquşu cinsinə aid heyvan növü.
Monqol səhra qarquşu
Monqol səhra qarquşu (lat. Bucanetes mongolicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin səhra qarquşu cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Kiçik, uzunquyruqlu quşdur. Böyük, qısa başı və qalın boz-sarı dimdiyi vardır. Erkəklərin "qaşı" və alt hissələri (sinəsi və böyürləri) çəhrayı xallarla örtülüdür. Qanadlarında ağ və çəhrayı rənglərdə geniş zolaqlar var. Dünyada böyük bir yayılma arealına malikdir. Türkiyənin şərqindən Qafqaza, eləcə də Orta Asiyadan Çinə qədər; Monqolustanı və Cənubi Kəşmiri əhatə edən ərazidə rast gəlinir. Naxçıvan Muxtar Respublikasında 1915-ci ildə yazda Bulqan, 1960-1970-ci illərdə Aza (Culfa rayonu) kəndləri ətrafında, müasir dövrdə Culfa rayonunun "Noxuddağ" və "Gendərə" ərazilərində qeydə alınmışdır.

Значение слова в других словарях