QAYÇI

I
сущ. ножницы:
1. инструмент для резки чего-л. Kontor qayçısı конторские ножницы, manikür qayçısı маникюрные ножницы, avtomatik qayçı тех. автоматические ножницы, elektrik qayçısı электрические ножницы, bağ qayçısı садовые ножницы, qazıma qayçısı буровые ножницы, əl qayçısı ручные ножницы
2. экон. перен. расхождение, несоответствие между двумя вещами, явлениями. Heyvanların baş sayı ilə yem bazası arasındakı qayçı ножницы между поголовьем скота и кормовой базой
II
прил. ножничный. Qayçı ağzı ножничное лезвие
QAYAYARPAĞI
QAYÇIBATMAZ
OBASTAN VİKİ
Qayçı
Qayçı — müxtəlif materialları kəsmək üçün alət və ya maşın. E.ə. III əsrdən məlumdur. İlk qayçılar qövsəoxşar, yaylı metal lövhə ilə birləşdirilmiş 2 bıçaqdan ibarət olmuşdur. Qayçının əsas işlək hissəsi materialı kəsən bir cüt (yaxud bir neçə cüt) bıçaqdır. Əl qayçısı ilə parça, kağız və b. materiallar kəsilir. Məişətdə və tibdə işlədilən, həmçinin çilingər, dərzi və s. qayçıları da olur. Müxtəlif materialları kəsmək üçün stasionar və gəzdirilə bilən (diskli və düzxətli bıçaqları olan) quruluşlar tətbiq edilir.
Daş, qayçı, kağız
Daş, qayçı, kağız dünyanın bir çox ölkəsində tanınan iki nəfərlik və üç haldan birinin seçilməsi ilə oynanılan əl oyunudur. Oyun Çində icad olunub. Daş qayçını, qayçı kağızı, kağız da daşa qalib gələr. Oyunçular eyni halı eyni vaxtda seçsələr, oyun heç-heçə qurtarır. == Oyunun qaydaları == Oyunçular birlikdə yumruqlarını silkələyərək ucadan "Daş, qayçı, kağız", yaxud "Bir, iki, üç" deyirlər və hər bir oyunçu eyni vaxtda üç haldan biri "daşdan, qayçıdan, kağızdan biri" seçilir. Seçilən hallara baxılaraq kimin udub-udmadığı məlum olur. Oyunun ilk saniyələrində qazanmaq üçün kağızdan başlamaq kifayətdir. İnsanlar ümumiyyətlə daşdan başlayırlar, çünki bu, əlin ala biləcəyi ən asan formadır. Daş - əl yumruq şəklində olur. Qayçı - Əlin şəhadət barmağı ilə orta barmağından başqa bütün barmaqlar ovucun içərisinə yığılır və şəhadət barmağı ilə orta barmaq bir-birindən ayrılmış halda olur.

Значение слова в других словарях