qazıqumuq

qazıqumuq
qazıq-qazıq
qazıqumuqca 2021
OBASTAN VİKİ
Qazıqumuq dairəsi
Qazıqumuq dairəsi (rus. Казикумухский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1860–1922–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qumux kəndi idi. 1897-ci il siyahıyaalınmasına əsasən dairədə 45,4 min nəfər yaşayırdı. Bunlardan laklar – 83,8%; dargilər – 8,1%; avarlar – 5,4%; ləzgilər və tabasaranlılar – 2,1% təşkil edirdi. Qumuq kəndində 621 nəfər yaşayırdı.
Qazıqumuq xanlığı
Qazıqumuq xanlığı (lak. Лакрал-Кану, Гъазигъумучиял ханлугъ) — XVI əsrin sonundan XVII əsrin əvvəllərində Dağıstan ərazisində mövcud olmuş feodal dövlət quruluşu. Qazıqumuq şamxallığının süqutundan sonra formalaşmışdır. 1789-cu ildən xanlıq rəsmi olaraq Kürə-Qazıqumuq xanlığı kimi tanınmağa başlamışdır. Xanlığın paytaxtı Qumuq kəndi idi. Xanlığın digər paytaxtı Xosrex olmuşdur, burada qumuq hökmdarlarının möhkəm iqamətgahı yerləşirdi. Ən böyük yaşayış məntəqələri Qumuq, Kuli və Xosrex kəndləri idi. XIX əsrdə əhalinin sayı 47–50 ilə 108 min nəfər arasında qiymətləndirilir. 1859-cu ildə ləğv edilən xanlığın ərazisi Qazıqumux dairəsi kimi Dağıstan vilayətinin tərkibinə daxil olmuşdur. К. М. Алиев.

Значение слова в других словарях