Psixoloji manipulyasiya
Psixoloji manipulyasiya — gizlilik, aldadıcılıq, zorakılıq istifadə edərək digər insanların qavrayışını (və ya davranışını) manipulyatorun maraqları üçün dəyişdirməyə yönəlmiş bir fəaliyyət növü olan sosial təsir tipi (və ya sosial-psixoloji fenomen
Bu cür üsullar manipulyatorun maraqlarını digər insanların hesabına irəli sürdüyü üçün onları istismarçı, zorakı, vicdansız, qeyri-etik kimi nəzərdən keçirmək olar. Lakin, onun sosial təsiri heç də həmişə mənfi deyil. Belə ki, məcburi olmadığı və şəxsin onu qəbul etmək (və ya rədd etmək) hüququna hörmət etdiyi müddətcə zərərsizdir. Kontekstdən və motivasiyadan asılı olaraq sosial təsir gizli (və ya açıq) manipulyasiya ola bilər.