qlaukofan

qlaukofan
qlaukodod
qlaukoma
OBASTAN VİKİ
Qlaukofan
Qlaukofan — mineral, qələvi amfibol, Na2Mg3Al2[(OH,F)|Si4O11]2. Bəzən Mg Fe2+-lə və Al Fe3+-lə əvəz olunur. Qlaukofan -krossit-maqnezioribekit tam izomorf sırası mövcuddur. Qlaukofan aktinolitə və hornblendə keçid növləri müəyyən edilmişdir. Elementar özəyin ölçüləri ilə fərqlənən iki polimorf modifikasiyası məlumdur. Aqreqat: şüavi, lifli, sferolitik. Bozumtul-göy, qara; cizgisi mavi-boz. Qlaukofan başlıca olaraq, şistlər fatsiyasının metamorfizmə uğraması nəticəsində əmələ gəlir. Albitli metasomatitlərdə, dəmirli kvarsitlərdə rast gəlinir. Jadeitin hesabına əmələ gəlir.