QONİOMETR

сущ. гониометр:
1. физ. прибор для измерения углов между гранями кристаллов и углов призм
2. антроп. прибор для измерения кривизны позвоночника и др.
QONİATİTLƏR
QONİOMETRİK
OBASTAN VİKİ
Qoniometr
Qoniometr (yunanca gonio-bucaq +… metr) — kristalın üzləri arasındakı bucaqları ölçmək üçün cihaz. İki növü var: tətbiqi qoniometr və əksedici qoniometr. Tətbiqi qoniometr qoniometr transportir və onun mərkəzinə bərkidilmiş sərbəst fırlanan xətkeşdən ibarətdir. Tətbiqi qoniometrlə (1782-ci ildə fransız alimi Karanjo ixtira etmişdir) böyük ölçülü kristallar, əksedici qoniometrlə nisbətən kiçik ölçülü kristallar üzərində ölçmə aparılır. Əksedici qoniometrlər bir və ya iki dairəli olur. Birdairəli əksedici qoniometri 1809-cu ildə ingilis alimi U. H. Vollaston, ikidairəlini isə 1890-cı ildə rus alimi Y. S. Fyodorov ixtira etmişdir. Birdairəli qoniometrdə kristal limbin mərkəzindən keçən fırlanan oxa bərkidilir və tərpənməz işıq mənbəyindən yönəldilmiş pralel şüa dəstəsi işıqlandırılır. Üzlərdən əks olunan şüalar növbə ilə tərpənməz üfüqi müşahidə borusuna daxil olur. İxtiyari üzdən əks olunmuş şüaları müşahidə etdikdə limbdən götürülmüş ölçülər arasındakı fərq müvafiq üzlər arasındakı bucağı 180°-yə tamamlayır. İkidairəli qoniometrdə üfüqi və şaquli limblər olur.

Значение слова в других словарях