qorilla
qorqona 2021
OBASTAN VİKİ
Qorqona Meduza
Meduza Qorqona (yun. Μέδουσα) — qədim yunan mifologiyasında əcaib ilan saçları olan qadın, gözlərinə baxan hər şeyi daşa döndərən məxluq. Fork və Ketonun kiçik qızı. (Digər əfsanəyə görə Qorqonun qızı). Yeganə ölümlü qorqona. == Mənşəyi == Meduza dünyaya çox gözəl bir qız olaraq gəlmişdi, Afina onu gözəlliyinə, xüsusən yaraşıqlı saçlarına görə çox qısqanırmış. Poseydon Meduzanın gözəlliyindən başını itirdiyindən, quş cildinə girərək onun könlünü alır və Afina məbədində ona təcavüz edir. Bundan qəzəblənən Afina onun saçlarını hidralara çevirir. == Ölümü == === Persey və meduza === Bir dəfə Persey artıq gənc yaşında ikən çar Polidekt onu təşkil etdiyi "at məclisinə" dəvət edir. O vaxtki ənənəyə görə məclisə dəvət olunan hər bir kəs çara at hədiyyə etməli imiş.
Qorqonalar
Qorqonlar (yun. Γοργώ, Γοργών, γοργός- "zalım, dəhşətli, qəddar qadın") — qədim yunan mifologiyasında xtonik dəniz tarısı Forkiya və onun bacısı Ketonun ilan saclı (başlı) qızları: Evriala (yun. Εὐρυάλη — "uzağa tullanan"), Sfeno (yun. Σθεινώ — "qadir"), Meduza (yun.