qozlu-meyvəli
qozsındıran
OBASTAN VİKİ
Qozluq
Qozluq (türk. Kozluk) — Türkiyənin Batman vilayətində şəhər və rayon..Tarixi adı Hazodur (kürd. Hezzo). Şəhərin adı "Hazo" kimi "Şərəfnamə" və "Səyahətnamə" əsərlərində çəkilir. "Səyahətnamə"də yazılana görə, Teymurləng Hazonu Ağqoyunlulardan ələ keçirmiş və məhv etmişdir, lakin sonradan şəhər yenidən dirçəlmişdir. 1502-ci ildə Şah İsmayıl tərəfindən ələ keçirilmişdir. 1514-cü ildəÇaldıran döyüşündən sonra Hazo Osmanlı imperiyasının bir hissəsi olmuşdur. Türkiyə Respublikası qurulduqdan sonra Hazo 1 iyun 1938-ci ilə qədər Sason mahalının tərkibində olmuş, sonra Qozluq adlandırılmış və Siirt vilayətinin tərkibinə daxil edilmişdir. 18 may 1990-cı ildə Qozluq Batman vilayətinin tərkibinə daxil olmuşdur.

Значение слова в других словарях