Qreqarinlər
Bu sinif, cinsi prosesin özünəməxsus forması ilə xarakterizə olunur. Bu zaman iki fərd birləşir, ümumi örtüyə malik siziqi əmələ gətirir . Örtüyün altında həm qametlərin formalaşması, həm də onlardan kopulyasiyası baş verir. Bütün qreqarinlər müxtəlif qrup onurğasız heyvanların parazitləridir. Onlar xüsusilə buğumayaqlılarda çoxdur. Həyat tsiklinin çox hissəsində bağırsağın, yaxud bədən boşluğunun, nadir hallarda isə cinsi vəzilərin parazitləridir. Əksər qreqarinlərdə şizoqoniya vardır. Biz yalnız əsl qreqarinlər dəstəsini nəzərdən keçirəcəyik.
Qreqarinlər xeyli böyük ölçüyə - 16 mm -ə çata bilir. Ən kiçik növləri isə 10-15 mkm –dan artıq olmur.