qumarçılıq
qumaş
OBASTAN VİKİ
Qumarxana
Qumarxana — Kütləvi şəkildə qumar oyunlarının təşkil edildiyi və ya keçirildiyi yerlərə verilən ümumi ad. Bir çox ölkələrdə qumarxanalara daxil olmaq üçün şəxslərdən yetkinlik yaşına çatmaları tələb olunur. Amerika Birləşmiş Ştatları başda olmaqla Almaniya, Çin, Fransa, İngiltərə, Kipr, İsveçrə, Avstraliya, İtaliya və Monakoda 18 yaşından aşağı şəxslər qumarxanalara buraxılmır. Günümüzdə qumarxanaları ifadə etmək üçün daha müasir bir termin olan Kazino sözündən istifadə olunur. ABŞ-nin Nevada ştatında yerləşən Las-Veqas şəhəri və Avropada yerləşən Monako ümumdünya qumarxana paytaxlarından hesab olunur. Qumarxanaların dəqiq tarixi məlum deyil. Tarixi mənbələrdə Qədim Çində bir çox mərc oyunlarının oynanıldığı məlumdur. Həmin oyunlar hələ eramızdan əvvəl 2.300-cü ildə təşkil edililirdi. Qədim Yunanıstan və Qədim Romada da Qədim Çində olduğu kimi müxtəlif növ şans oyunları keçirilmişdir. İntibah dövrü Avropasından etibarən isə şans oyunları həvəskarlarının toplaşdığı ilk qumarxanalar meydana gəlməyə başladı.

Значение слова в других словарях