QUOTATION-MARKS

n pl dırnaq, dırnaq işarəsi (“ ”)

QUOTATION
QUOTE
OBASTAN VİKİ
Marks
Marks — soyad Bu soyadı olan tanınmış şəxslər Karl Marks — alman filosofu, siyasətçisi, marksizm-leninizm nəzəriyyəsinin banisi. Marks qardaşları — ABŞ məşhur komediya kvinteti.
Karl Marks
Karl Henrix Marks (alm. Karl Heinrich Marx‎; 5 may 1818[…], Trir, Reyn əyaləti[d], Prussiya[…] – 14 mart 1883[…], London, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[…]) — Almaniya filosofu, siyasi iqtisadiyyat tənqidçisi, iqtisadçısı, tarixçisi, sosioloqu, siyasi nəzəriyyəçisi, jurnalisti və sosialist inqilabçısı. Almaniya ittifaqının Trir şəhərində anadan olan Marks, Bonn və Berlin universitetlərində hüquq və fəlsəfə üzrə təhsil alıb. 1843-cü ildə alman teatr tənqidçisi və siyasi fəal Cenni fon Vestfalen ilə evlənib. Siyasi nəşrlərinə görə vətəndaşlıqdan məhrum edilən Marks həyat yoldaşı və uşaqları ilə onilliklər boyu Londonda sürgündə yaşamış, burada alman mütəfəkkiri Fridrix Engelslə əməkdaşlıq edərək öz düşüncəsini inkişaf etdirməyə və Britaniya muzeyinin oxu zalında araşdırma apararaq yazılarını dərc etməyə davam etmişdir. Onun ən məşhur əsərləri 1848-ci il tarixli "Kommunist Manifesti" pamfleti və üç cildlik "Kapital" (1867–1883) kitabıdır. Marksın siyasi-fəlsəfi fikri sonrakı intellektual, iqtisadi və siyasi tarixə böyük təsir göstərmişdir. Belə ki, onun adı sifət, isim və sosial nəzəriyyə məktəbi kimi istifadə edilməkdədir. Marksın cəmiyyət, iqtisadiyyat və siyasətlə bağlı tənqidi nəzəriyyələri ümumilikdə marksizm kimi başa düşülür ki, bu cərəyan da insan cəmiyyətinin sinfi qarşıdurma yolu ilə inkişaf etdiyini iddia edir. Kapitalist istehsal üsulunda bu, istehsal vasitələrinə nəzarət edən hakim siniflərlə (burjuaziya) əməkhaqqı qarşılığında öz işçi qüvvəsini satmaqla bu vasitələri təmin edən işçi sinif (proletariya) arasındakı qarşıdurmada özünü göstərirdi.
Marks (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Marks (şəhər) — Rusiya Federasiyasında yerləşən şəhər Saratov vilayətinə daxildir. Digər Marks (stansiya) — stansiya.
Marks (şəhər)
Marks — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Marks generatoru
Marks generatoru, ilk dəfə 1924-cü ildə Ervin ato Marks tərəfindən təsvir edilən bir elektrik dövrəsidir.
Marks qardaşları
Marks qardaşları (ing. Marx Brothers) — ABŞ məşhur komediya kvinteti.
Marks şəhəri
Marks — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Riçard Marks
Riçard Noel Marks (ing. Richard Noel Marx) — ABŞ müğənnisi, bəstəkarı və musiqi prodüseri. Riçard Noel Marks 16 sentyabr 1963-cü ildə anadan olmuşdur. 1980-ci illərin ortalarında artıq Marksın səsini Madonna və Vitni Hyuston kimi tanınmış müğənnilərin konsertlərində eşitmək olardı. Layonel Riçinin məşhur hiti olan "All Night Long" mahnısının (1984) səsyazması vaxtı onlar birlikdə oxumuşdular. O zaman Riçard Marks əvvəlcə "Chicago" qrupunun və Kenni Rocersin oxuduqları mahnıları yazmağa başladı. 1987-ci ildə Marksın ilk albomu işıq üzü gördü. Bu albom fəaliyyətə yenicə başlayan müğənnini ulduza çevirdi. Tezliklə onun üç kompozisiyası: "Hold On to the Nights", "Satisfied" və "Right Here Waiting" ABŞ-nin rəsmi hit-paradı olan "Billboard Hot 100"-da yüksək pillələrdə yer tutdu. 1990-cı illər ərzində tamaşaçılar Marksın solo ifasından tədricən soyumağa başladı.
İngeborq Marks
İngeborq Marks (1 yanvar 1970) — Belçikalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Belçikanı təmsil edir. İngeborq Marks 2000 Yay Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində iştirak etmişdir. O, dünya çempionatlarında daiştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Vilhelm Marks
Vilhelm Marks (alm. Wilhelm Marx‎;15 yanvar 1863[…], Köln, Prussiya – 5 avqust 1946[…], Bonn, Köln[d]) — Alman hüquqşünas və siyasətçi (Alman Mərkəzi Partiyası). 1923-24 və 1926-1928-ci illərdə Veymar Respublikasının kansleri vəzifəsində çalışıb. 1925-ci ildə Vilhelm Marks Veymar Koalisiyasının (SPD, NDP və Alman Mərkəz Partiyası) Reyx prezidentliyinə namizəd kimi irəli sürülüb, lakin Pol fon Hindenburqa uduzub. Vilhelm Marks həmişə başqa siyasətçilərin: Qustav Strezemann və ya Fridrix Ebertin kölgəsində olub. Buna baxmayaraq, Veymar Respublikasının tarixində o, demokratik düşərgənin birliyi uğrunda mübarizə aparan mərkəzi siyasi xadimlərdən biri kimi qaldı. Vilhelm Marks məktəb müəllimi ailəsində anadan olub və Kölndə böyüyüb. Həkimlər onu ağır miyopiyaya görə hərbi xidmətə yararsız elan etdikdən sonra o, Bonn Universitetinə daxil olub və hüquq fakültəsi üzrə təhsil alıb. Məzun olduqdan sonra Elberfelddə, sonra Köln və Düsseldorfda hakim vəzifəsində çalışdı, lakin katolik inancı və Mərkəz Partiyasına mənsub olduğu üçün Prussiyada dövlət xidmətində xüsusi zirvələrə çata bilmədi. 1891-ci ildə Johanna Vercoyen ilə evləndi.
Eleonora Marks
Eleonora Evelinq (Marks; alm. Eleanor Aveling [Marx]‎; 16 yanvar 1855 – 31 mart 1898) — Böyük Britaniya sosialist və qadın hərəkatının fəal üzvü. == Həyatı == 1855-ci il yanvarın 16-da Londonda anadan olmuşdur. O, Karl Marksın kiçik qızı, ingilis sosialisti Eduard Evelinqin isə həyat yoldaşı və silahdaşı olmuşdur. Eleonora 1898-ci ildə martın 31-də Londonda vəfat etmişdir. == İnqilabda rolu == Eleonora Britaniyada ilk sosialist təşkilatının yaradıcılarından biri olmuşdur. O, bununla yanaşı "yeni tred-yunionlar" hərəkatında fəal iştirak etmiş, qadınlar arasında böyük iş aparmışdır. İkinci İnternasionalın bir sıra konqreslərində tərcüməçi olmuşdur. O, İngiltərə və Almaniyanın sosialist mətbuatında fəal iştirak etmişdir. Atası K. Marksın bir sıra əsərini çapa hazırlamışdır.
Laura Marks
Cenni Laura Marks (26 sentyabr 1845, Brüssel – 25 noyabr 1911, Dravey[d]) — sosialist aktivist, Karl Marksın qızı. == Həyatı == Laura Marks 26 sentyabr 1845-ci ildə Brüsseldə dünyaya gəlib. Ailəsi 1849-cu ilin iyununda Londonda məskunlaşmazdan əvvəl Laura valideynləri ilə birlikdə Fransaya, sonra Prussiyaya köçüb. Onun Kubada dünyaya gəlmiş gələcək həyat yoldaşı Pol Lafarq Fransanın gənc sosialistlərindən idi. Pol Birinci İnternasionalda işləmək məqsədilə 1866-cı ildə Londona gəlmişdi. Burada o, Karl Marksla dostlaşmış və Marksın ailə üzvləri ilə, eləcə də ona aşiq olan Laura ilə tanış olmuşdu. Pol və Laura 1868-ci ilin aprelində Sen-Pankras qeydiyyat şöbəsində evləndilər. Evliliklərinin ilk üç ilində onların ikisi oğlan, biri qız olmaqla üç övladı doğulmuş, lakin onların hamısı körpə ikən ölmüşdülər. Cütlüyün başqa uşaqları yox idi. Ər-arvad ömürlərini birlikdə siyasi işlərlə məşğul olmaqla keçirmiş, Karl Marksın əsərini fransız dilinə tərcümə etmiş və həm Fransada, həm də İspaniyada marksizmi yaymışdılar.
Toşiko Marks
Toşiko Marks (マークス寿子, Makusu Toşiko, 23 mart 1936, Tokio prefekturası[d] – 15 iyun 2024, London) – yaponəsilli Britaniya müəllifi. == Həyatı == 1936-cı ildə Yaponiyanın paytaxtı Tokioda doğulmuşdur. Doğum adı Toşiko Şimuradır. 1971-ci ildə Britaniyaya köçərək London İqtisadiyyat və Politologiya Məktəbində təhsil almışdır. 1976-cı ildə "Marks & Spencer" şirkətinin qurucularından birinin nəvəsi olan baron Maykl Marks ilə evlənmişdir. O, Britaniya vətəndaşlığı və baronessa titulu əldə etmişdir. Cütlük daha sonra boşanmışdır. 15 iyun 2024-cü ildə Londondakı evində ölmüşdür. == Fəaliyyəti == Mədəniyyət və gender məsələləri haqqında yazmışdır. Yaponiya ilə Britaniya mədəniyyətlərinin müqayisəsi üzrə tədqiqatçı olmuş, tez-tez iki ölkə arasında səyahət etmişdir.
Burle Marks Roberto
Burle Marks Robertu (4 avqust 1909[…], San Paulo – 4 iyun 1994[…], Rio-de-Janeyro) — Braziliya landşaft memarı, rəssam, heykəltaraş, botanik. == Həyatı == Almaniyalı mühacir Vilhelm Marksın ailəsində doğulmuşdur (K. Marksın nəslindəndir).Berlində (1928–29, boyakarlıq və botanikanı öyrənmişdir), həmçinin Rio-de-Janeyrodakı Milli Rəssamlıq Məktəbindətəhsil almışdır. Braziliyanın tropik florası əsasında bağ-park incəsənətində müasir üslub yaratmışdır. 1934–37-ci illərdə Resifidəki bağ və parklara rəhbərlik etmişdir. == Fəaliyyəti == Burle Rio-de-Janeyroda bir sıra iri ansamblnın binası (hazırda Mədəniyyət sarayı, 1937–43, memarlar Ş. E. Le Korbüzye, L. Kosta, O. Nimeyer, rəssam K. Portinarivə b.), Müasir İncəsənət Muzeyi (1954– 62, memar A. E. Reydi), Kopakabananıngəzinti yerləri və parkları (1959, 1970), beynəl xalq aeroport (1971) və s.] həyata keçirmişdir. Braziliya şimalınin tikintisində Nimeyer ilə əməkdaşlıq etmişdir: digər mərkəzi ansamblların süni göl, parterlər və bağ-park kompozisiyaları (1960–70-ci illər). Burle Pampulyada (Belu-Orizonti yaxınlığında, 1941–44, memar Nimeyer) memarlıq kompleksinin yaşıllıq zonaları, Karakasda Del-Este parkı (1960–61) və Parisdə YUNESKO binaları kompleksinin yaşıllaşdırma layihələrinin (1963) müəllifidir. Boyakarlıq və dekorativ-tətbiqi sənətlə (keramika, şüşə, zərgərlik məmulatları və s.) məşğul olmuşdur.
Roberto Burle Marks
Burle Marks Robertu (4 avqust 1909[…], San Paulo – 4 iyun 1994[…], Rio-de-Janeyro) — Braziliya landşaft memarı, rəssam, heykəltaraş, botanik. Almaniyalı mühacir Vilhelm Marksın ailəsində doğulmuşdur (K. Marksın nəslindəndir).Berlində (1928–29, boyakarlıq və botanikanı öyrənmişdir), həmçinin Rio-de-Janeyrodakı Milli Rəssamlıq Məktəbindətəhsil almışdır. Braziliyanın tropik florası əsasında bağ-park incəsənətində müasir üslub yaratmışdır. 1934–37-ci illərdə Resifidəki bağ və parklara rəhbərlik etmişdir. Burle Rio-de-Janeyroda bir sıra iri ansamblnın binası (hazırda Mədəniyyət sarayı, 1937–43, memarlar Ş. E. Le Korbüzye, L. Kosta, O. Nimeyer, rəssam K. Portinarivə b.), Müasir İncəsənət Muzeyi (1954– 62, memar A. E. Reydi), Kopakabananıngəzinti yerləri və parkları (1959, 1970), beynəl xalq aeroport (1971) və s.] həyata keçirmişdir. Braziliya şimalınin tikintisində Nimeyer ilə əməkdaşlıq etmişdir: digər mərkəzi ansamblların süni göl, parterlər və bağ-park kompozisiyaları (1960–70-ci illər). Burle Pampulyada (Belu-Orizonti yaxınlığında, 1941–44, memar Nimeyer) memarlıq kompleksinin yaşıllıq zonaları, Karakasda Del-Este parkı (1960–61) və Parisdə YUNESKO binaları kompleksinin yaşıllaşdırma layihələrinin (1963) müəllifidir. Boyakarlıq və dekorativ-tətbiqi sənətlə (keramika, şüşə, zərgərlik məmulatları və s.) məşğul olmuşdur.
Karl Marks abidəsi (Rostov-na-Donu)
Karl Marks abidəsi — Rostov-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Karl Marksın şərfinə ucaldılmışdır. Abidə 1959-cu ildə ucaldılmışdır. Müharibəyə qədər bu abidənin yerində də Karl Marsa aid abidə olmuşdur. Abidənin müəllifləri heykəltaraş Moisey Solomonoviç Altşuler və arxitektor Mixail Adolfoviç Mikus olmuşdur. Rusiyanın mədəni irsi siyahısına daxil edilməmişdir. == Tarixi == Karl Marks abidəsi təntənəli şəkildə 28 iyun 1925-ci ildə Naxçıvan-na-Donu şəhərinin mərkəzi meydanında açılışı gerçəkləşdirilmişdir. Abidə əvvəllər mövcud olmuş II Yekaterinaya aid abidənin yerində və altlığının üzərində quraşdırılmışdır. II Yekaterinaya aid olan abidə sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər tərəfindən dağıdılmışdır. Heykəlin qoyulduğu meydan Karl Marksın adına adlandırılmışdır.
K.Marks adına Azərbaycan Sosial İqtisad İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. == Tarixi == === SSRİ dövrü === Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.