QURABİLƏR
ifrat şiə təriqətlərində birinin adıdır. Səbailər kimi onlar da Əli ibn Əbu Talibi tanrılaşdıraraq Məhəmməd peyğəmbərdən daha üstün insan hesab edirdilər. Qürabilərə görə Allahdan vəhy gətirmiş mələk səhv edib onu Əliyə deyil, Məhəmmədə çatdırmışdır.